Terrorçuların böyük silah anbarı ələ keçirilib

 Terrorçuların böyük silah anbarı ələ keçirilib
  18 Oktyabr 2019    Oxunub:3670
Suriya-Türkiyə sərhədindəki Resulayn və Tel- Abyad şəhərlərində terrorçulara məxsus böyük silah anbarı tapılıb.

Azvision.az “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birgə apardığı "Barış pınarı" əməliyyatı çərçivəsində bu şəhərlər terrorçulardan azad edilib.
Əməliyyat zamanı mahaldakı ən böyük silah anbarı tapılaraq, çox sayda silah-sursat ələ keçirilib. Bunların arasında 100-dən çox uzaqmənzilli raket, tank əleyhinə raketlər, minaatanlar, güllələr, 300 minaaxtaran cihaz var.

Həmçinin, ərazidə yeni tunellər aşkarlanıb. Tapılan tunel sayının 70, cəmi tunellərin sayının isə 300 olduğunu açıqlanıb. Belə ki, hər 10 evdən 2-də tunelin olduğu müəyyən edilib. Terrorçular bu tunellər vasitəsilə özlərinə hərəkət sahəsi yaradıblar.

Nəzarətin təmin olunduğu ərazilərdə təhlükəsizliyi artırmaq və həyatı normal vəziyyətə gətirmək üçün partlayıcı qurğulardan təmizləmə işləri aparılıb.

P.Sultanova
Azvision.az



Teqlər: Tükriyə   Suriya  





Xəbər lenti