Bir gündə minə yaxın qaçqın Suriyaya qayıtdı

Bir gündə minə yaxın qaçqın Suriyaya qayıtdı
  18 Oktyabr 2019    Oxunub:1879
Sutka ərzində Suriyaya minə yaxın qaçqın qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sutka ərzində Livandan Suriyaya 400, İordaniyadan isə 550-dən çox qaçqın gəlib:

"Ötən gün Suriyaya xarici dövlətlərin ərazilərindən 994 qaçqın, o cümlədən Livandan Ceydet-Yabus və Tell-Kalah keçid məntəqələri vasitəsilə 437 (132 qadın, 223 uşaq), İordaniyadan isə “Nasib” keçid məntəqəsi vasitəsilə 557 nəfər (167 qadın, 284 uşaq) keçib”.

Qeyd olunur ki, 25 qaçqın gün ərzində daimi yaşayış yerlərinə qayıdıb.

P.Sultanova
Azvision.az


Teqlər: Suriya   Qaçdın  





Xəbər lenti