“Ermənistanda məhkəmələrə təzyiq artıb” - Sabiq erməni deputat

 “Ermənistanda məhkəmələrə təzyiq artıb” -  Sabiq erməni deputat
  18 Oktyabr 2019    Oxunub:1720
Son bir ildə Ermənistanda məhkəmələrə təzyiq artıb.
Azvision.az “aysor.am”a istinadən xəbər verir ki, bu barədə sabiq deputat, “Alternativ layihələr qrupu”nun üzvü Elinar Vardanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan ciddi hüquqi problemlərlə üz-üzədir. Hər növbəti gün ölkədə repressiv hüquqi proseslərin getdiyini göstərir.

Keçmiş deputat vurğulayıb ki, ölkədə məhkəmələrə təzyiq artıb: “Uydurma cinayət işləri ilə bağlı daha çox proses var. Bu, olduqca narahatlıq doğurur və hüquq ictimaiyyəti səssiz qalsa, biz hər gün daha çox qanuni özbaşınalıq mərhələsinə girəcəyik".

P.Sultanova
Azvision.az


Teqlər: Ermənstan  





Xəbər lenti