Çavuşoğlu ilə Stoltenberqin Suriya müzakirəsi

Çavuşoğlu ilə Stoltenberqin Suriya müzakirəsi
  18 Oktyabr 2019    Oxunub:2108
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər “Barış pınarı” əməliyyatına dair ABŞ-la razılaşmanı müzakirə ediblər.

Xatırladaq ki, dünən Ankarada səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pens prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər Suriyanın şimalında əməliyyatın dayandırılması barədə razılığa gəlib.

P.Sultanova
Azvision.az



Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti