Pan Gi Mun Azərbaycanın təklifini qəbul etdi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatına görə, Azərbaycan Respublikası tərəfindən təqdim olunan rəy və təkliflərdə Cənubi Qafqaz regionunda etimad quruculuğuna mane olan əsas problemlər və bu xüsusda, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, Azərbaycan torpaqlarının işğalını davam etdirməsi, etnik təmizləmə siyasəti yürütməsi, silahlara nəzarət rejiminə riayət etməməsi və adam başına düşən ümumdaxili məhsulun nisbətində hərbiyə ayrılmış dövlət vəsaitinə görə Ermənistanın regionun ən militarist ölkəsi olması və beynəlxalq ictimaiyyəti aldatmaq naminə Ermənistanın əsl mahiyyətdən yayınaraq, regionda "etimad və təhlükəsizlik quruculuğu tədbirləri"nin həyata keçirilməsinə çağırdığı kimi məqamlar qeyd olunub.
Azərbaycan Respublikası tərəfindən regionda hərtərəfli və məzmunlu etimad və təhlükəsizliyin quruculuğu tədbirlərinin həyata keçirilməsinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması olduğu vurğulanıb.