“Bu andan etibarən 120 saatlıq müddət işləyir” - Ərdoğan

“Bu andan etibarən 120 saatlıq müddət işləyir” -  Ərdoğan
  18 Oktyabr 2019    Oxunub:3025
Bu andan etibarən 120 saat ərzində Suriyadakı məlum terror təşkilatı təhlükəsiz bölgə olaraq müəyyən etdiyimiz ərazilərdən çıxmalıdır.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ-la Suriyaya dair razılaşmada Türkiyə-Suriya sərhədi boyunca 440 kilometrlik təhlükəsizlik bölgəsinin təmin edilməsindən söhbət gedir:
“Bu məsələ ilə bağlı ABŞ-la təmaslarımızı davam etdirəcəyik. Bizim razılaşmamızın bir xüsusiyyəti oradakı təhlükəsizlik qüvvələrimizin indi ərazini tərk etməməsidir".

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü bu prosesin ayrı bir elementi kimi qəbul etdiyini bildirib.

P.Sultanova
Azvision.az


Teqlər: Suriya   Ərdoğan   Türkiyə  





Xəbər lenti