Meksika səfiri Fuad Muradovla görüşüb

Meksika səfiri Fuad Muradovla görüşüb
  18 Oktyabr 2019    Oxunub:4132
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Meksikanın Azərbaycandakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, tərəflər əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.

Bu kontekstdə hüquqi bazanın möhkəmlənməsi zəruriliyi vurğulayıb, eyni zamanda, hər iki qurum tərəfindən nəzərdə tutulan bəzi gələcək tədbirlər və mümkün əməkdaşlığa toxunulub.

Tərəflər hüquqi bazanın gücləndirilməsinin zəruriliyini vurğulayıb və bu sahədə əməkdaşlıq sənədinin yaxın vaxtlarda imzalanmasına yönəlmiş işlərdən bəhs edilib. Eyni zamanda hər iki qurum tərəfindən planlaşdırılan bəzi gələcək tədbirlər barədə söz açılıb.

Səfir Labardini müxtəlif sahələrdə ticarət, turizm, mədəniyyət və s. əlaqələrin dinamikasına diqqət çəkib. Qeyd edib ki, son iki ildə ticarət artaraq, 2019-cu ilin ilk yarısında 36 milyon dollardan çox olub. Diplomatın sözlərinə görə, iki ölkə arasında artan maraq xalqlarımızın yaxınlaşma üçün güclü bir əsasdır.

Azvision.az



Teqlər: Diaspora  





Xəbər lenti