Trampla Ərdoğan arasında telefon danışığı olub

   Trampla Ərdoğan arasında telefon danışığı olub
  19 Oktyabr 2019    Oxunub:2624
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında məlumat paylaşıb. ABŞ lideri Ərdoğanla Suriyada atəşkəslə bağlı müzakirələr apardığını deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti atəşi dayandırmaq istəyir: "Ərdoğan qeyd edib ki, Suriyanın şimal-şərqində snayper və minaatanlardan atışlar qısa müddətdə dayandırılıb".

Ərdoğan, həmçinin Trampa bildirib: "Bəşəriyyətin düşməni olan terrorizmin öhdəsindən gəlsək, daha çox insanın həyatını xilas edəcəyik. Əminəm ki, birgə səyimiz bölgədə sülh və sabitlik yaradacaq”.

Azvision.az



Teqlər: Ərdoğan   Tramp  





Xəbər lenti