“Time” jurnalı ilin adamını elan etdi

“Time” jurnalı ilin adamını elan etdi
  11 Dekabr 2013    Oxunub:1274
Roma papası I Fransisk 2013–cü ilin adamı seçilib
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 2013-cü ilin martında Roma Papası seçilən I Fransisk ilin adamı seçilib. İlk qeri-avropalı papa olan Fransisk həm də bu nominasiyada qalib olan ilk iezuit kimi tarixə düşüb. “İlin adamı” uğrunda onun əsas rəqibləri ABŞ prezidenti Barak Obama, Rusoya prezidenti Vladimir Putin, Suriya prezidenti Bəşər Əsəd, keçmiş xüsusi xidmət agenti Edvard Snouden və s. şəxslər olub.
Buenos-Ayres şəhərinin arxiyepiskopu olan Xose Manuel Berqolyo 2013-cü il martın 13-də papa seçilib. Özünə Fransisk adını seçən din xadimi dünyadakı aclıq və səfalətə qarşı mübarizə aparacağını və sosila ədaləti bərpa edəcəyini bildirib.
Xatırladaq ki, “Time” Amerikada ən poluyar həftəlik jurnaldır. 3,4 milyon tiraja malik olan jurnalın il sonunda ənənvi olaraq müəyyən etdiyi “ilin adamı” nominasiyası dünyada xüsusi maraq doğurur.

Vüqar Ismayılov


Teqlər:





Xəbər lenti