“28 zay” mitinqi – VİDEOTƏHLİL

   “28 zay” mitinqi –    VİDEOTƏHLİL
  20 Oktyabr 2019    Oxunub:16990
Bu gün guya Milli Şura saat 3-də metronun “28 may”stansiyasının qarşısında mitinq keçirməli idi. Deyilən vaxtda həmin məkanda və oranın 6-7 kvartal ətrafında çox diqqətlə axtarsanız, bəlkə küncdə-bucaqda canlı pinqvin tapmaq şansı müxalifətçi ilə rastlaşmaq ehtimalından daha çox idi.
Yaxşı, bəs 6-7 kvartal o tərəfdəki küçələrdə nə var idi? Şəxsən mən “28may” stansiyasından 6-7 məhəllə aralıdakı küçələrdə polisin “burada durmayın, dağılışın” əmrinə tabe olaraq, deyinə-deyinə addımlayan 60-70 nəfərdən başqa heç nə görə bilmədim. Tutaq ki, mən bir nöqtədən müşahidə etmişəm, qoy, hər tərəfi nəzərə alsaq, olsun bundan 5-6, lap 10 dəfə çox. Ən maksimal halda 600-700 nəfər deyinən adam alınır. Əli Kərimlinin pafoslu çıxışlarında vəd etdiyi “möhtəşəm aksiya”budurmu?! Onda bunun adını mitinq yox, “Deyinə-deyinə addımlayan adamlar”aksiyası qoymaq lazım idi.



Əvəzində Kərimlinin nəzarətində olan feysbuk səhifələrində pafos və emosiyalar fəvvarəsi püskürürdü. Biri hətta “28 may” stansiyasınınqabağındakı boş meydanı fotoşopda kollaj edilmiş izdihamla dolduraraq, süni ruh yaratmaq istəyirdi. Amma özü də bilmirdi ki, nə qədər simvolik bir mənzərə alınıb: Radikalların hər şeyi kimi, mitinqləri də virtualdır, ya feysbukla, ya da fotoşopla baş tutur.

Rusların çox kobud, amma belə hallar üçün olduqca uyğun bir atalar sözü var. Təxminən belə anlama gəlir ki, əgər yediyini ifraz edə bilməyəcəksənsə, boşuna bir yerini əziyyətə salma! Görəsən, Əli Kərimlibu misalı eşidibmi? Eşitməyibsə, gələn dəfə qızışıb, pafoslu çıxışlar edəndə bunu nəzərə alsın. Əgər özünü partiya sədri sayan birinin gücü maksimum 5-6 yüz adamı deyinə-deyinə gəzişmək üçün küçələrə çıxarmağa çatırsa, boşuna özünü və onu nəyə görəsə ciddi qəbul edənləri gücə salmamalıdır.

Hakimiyyətlə güc dilində danışmağa cəhd edən adamın ciddi tərəfdar bazası olmalı, arxasında böyük kütlə dayanmalıdır. Əks halda, əgər bu, yoxdursa, kimə nəyi göstərmək istəyirlər ki?! Bugünkü aksiya ilə Kərimli ancaq və ancaq özlərinin nə qədər aciz, hakimiyyətin isə nə qədər güclü olduğunu göstərdi. Bu, əslində zatən zəif olan müxalifətə qarşı bir təxribatidı. Çünki polisin nə qədər operativ, çevik, planlı, koordinasiyalı işlədiyini hamı gördü. Və hər kəsə aydın oldu ki, belə polisin olduğu ölkədə heç bir icazəsiz aksiya baş tuta bilməz. Bu, radikal qrupun ən aqressiv mənsublarını belə, ruhdan salacaq. Həm də elə salacaq ki, heç bir foto və ya videomontaj proqramı onu qaldıra bilməsin. Ona görə də, bunu etdiyinə görə Əli Kərimliyə təşəkkür düşür. YAP yumor hissini işə salaraq, bəlkə buna görə Əli Kərimliyə hətta bir fəxri fərman da göndərə bilər: “Müxaifətin acizliyini və zəifliyini nümayiş etdirdiyinə görə Kərimov Əli Əmirhüseyn oğluna qədir bilən hakim partiyadan”.

Eyni zamanda, onu da deməliyik ki, əraziyə cəlb olunan polis və “göy dəbilqəlilər” - daxili qoşun qüvvələri o qədər də çox deyildi, sadəcə, mitinq keçirməyə cəhd edənlər yox sayılacaq dərəcədə az idilər. Bu da aydın və məntiqlidir: Əgər icazəli mitinq stadionun dörddə birini doldurmursa,icazəsiz necə olacaq ki?!

Bu mitinq cəhdi Əli Kərimli və onun tutuquşu dəstəsinin tez-tez təkrarladıqları bəzi fikirləri darmadağın etməlidir. “Xalqın 90 faizi narazıdır”, “Xalqın filan qədəri hakimiyyətə etirz edir” kimi sözlər danışanda bundan sonra belə suala da cavab vermək lazım gələcək: Bəshanı dediyiniz o “narazı” xalq?! Biz onu görmədik axı. Yəqin ki, siz də həmçinin...

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Mitinq   Aksiya   Müxalifət  





Xəbər lenti