Ukraynada erməni əsilli məmur istefa verdi

   Ukraynada erməni əsilli məmur istefa verdi
  20 Oktyabr 2019    Oxunub:3159
Erməni əsilli Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən istefa verib.

Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Ayriyan Prezident Vladimir Zelenskiyə vəzifəsindən azad edilməsi üçün ərizə yazıb.
Qeyd edək ki, Ayriyan son vaxtlar korrupsiya qalmaqalında ittiham edilirdi. O bu vəzifəyə cari ilin iyulun 10-dan təyin edilmişdi.

Azvision.az



Teqlər: Ukrayna   Məmur   İstefa  





Xəbər lenti