Səudiyyə heyəti “Ağ şəhər” layihəsi ilə maraqlandı

Səudiyyə heyəti “Ağ şəhər” layihəsi ilə maraqlandı
  12 Dekabr 2013    Oxunub:1597
Səudiyyə Ərəbistanının nümayəndə heyəti “Ağ şəhər” layihəsi ilə maraqlanıb.
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də “Bakı Ağ şəhər ofisi”nə gələrək, “Ağ şəhər” layihəsi ilə tanış olub.

AzVision.az AzərTAc –a istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Ağ şəhər” layihəsinin direktoru Ruslan Sadıxov nümayəndə heyətinə layihə barədə ətraflı məlumat verərək, onun dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində müasir yaşayış mərkəzi yaradılacaq, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və şəhəri dənizlə birləşdirən bulvar salınacaq. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaq.

Təqdim olunan digər investisiya layihələri nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Görüşdə “Ağ Şəhər” layihəsinə investisiya qoyulması perspektivləri müzakirə edilmiş, qonaqlar bu layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şəraiti yüksək qiymətləndiriblər.


Teqlər:





Xəbər lenti