Həsən Ruhani Zəriflə birlikdə Bakıya gələcək

Həsən Ruhani Zəriflə birlikdə Bakıya gələcək
  21 Oktyabr 2019    Oxunub:3031
İran Prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
Azvision.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib. Onun sözlərinə görə, İran Prezidenti və XİN rəhbəri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının Bakı sammitində iştirak edəcəklər.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.

P.Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti