Koçaryan həbsxanaya qaytarıldı

Koçaryan həbsxanaya qaytarıldı
  21 Oktyabr 2019    Oxunub:2397
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan cərrahi əməliyyatdan sonra istintaq təcridxanasına qaytarılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

"Robert Koçaryan 21 oktyabrda “Kentron” cəzaçəkmə müəssisəsinə qayıdıb. Vəziyyəti normaldır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, sabiq prezident oktyabrın 9-da cərrahi əməliyyat olunub. Onun xəstəliyi barədə açıqlama verilməsə də, əməliyyatın uğurlu keçdiyi deyilir.

P.Sultanova
Azvision.az



Teqlər: Koçaryan   Əməliyyat  





Xəbər lenti