Sabah Ərdoğan və Putin Suriyanı müzakirə edəcək

Sabah Ərdoğan və Putin Suriyanı müzakirə edəcək
  21 Oktyabr 2019    Oxunub:4546
Suriyanın şimalında hərbi əməliyyatların dayandırılması və terrorçuların geri çəkilməsi üçün ABŞ-la razılaşmada müəyyən edilən 120 saatlıq vaxtın böyük hissəsi artıq geridə qalıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World Forum"da çıxışı zamanı bildirib. O, həmçinin sabah Rusiyanın Soçi şəhərinə səfər edəcəyini deyib.

"Rusiya lideri Vladimir Putinlə bu mövzunu müzakirə edib, daha sonra lazım olan addımları atacağıq”, - deyə Ərdoğan vurğulayıb.

P.Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti