Rusiya helikopterlərini ABŞ-ın keçmiş bazasına göndərdi

 Rusiya helikopterlərini ABŞ-ın keçmiş bazasına göndərdi
  22 Oktyabr 2019    Oxunub:2088
Suriyanın şimalındakı Raqqa əyalətində yerləşən Tabka hərbi aerodromuna Rusiya aerokosmik qüvvələrinə məxsus helikopterlər enib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, daha əvvəl Amerika bazasının yerləşdiyi ərazi hazırda Dəməşqin nəzarəti altındadır.

2014-cü ildə Suriyadakı müharibənin qızğın vaxtında “İŞİD” yaraqlıları hava limanını ələ keçirmişdilər. 2017-ci ilin yayında isə "Suriya Demokratik Qüvvələri" ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə yaraqlıları ordan çıxarıb.

Bəşər Əsədə müxalif olan “Suriya Demokratik Qüvvələri” Tabkaya və bütün Rakka əyalətinə iki ildən çox müddətə nəzarət edib. Həmin vaxt ərzində ABŞ hərbi bazası da orada yerləşib.

Suriyalı zabitlərdən biri bildirib ki, terrorçular uçuş-enmə zolağını dağıdıblar və onlardan sonra gələn amerikalılar heç nəyi bərpa etməyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Rusiya   ABŞ   Helikopter  





Xəbər lenti