Qana Prezidenti Azərbaycana gəlir

  23 Oktyabr 2019    Oxunub : 942
 Qana Prezidenti Azərbaycana gəlir
Qana Prezidenti Nana Addo Dankwa Akufo-Addo Azərbaycana səfər edəcək.
Azvision.az -ın əldə etdiyi məlumata görə, Prezident Bakıda keçiriləcək Qoşulmama Hərəkatının (NAM) 18-ci Zirvə Görüşündə iştirak edəcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qana   Prezident   Səfər