İrəvanda siyasi gərginlik - Babayanın həbsi aranı qarışdırdı

  İrəvanda siyasi gərginlik - Babayanın həbsi aranı qarışdırdı
  23 Oktyabr 2019    Oxunub:2304
Arsen Babayanın saxlanılması Ermənistanda hüquq müdafiəçilərinin öldüyünü, onların artıq mövcud olmadığını və danışmağın qadağan edildiyini göstərdi.

Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə “VETO” ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan İrəvanda ümumi yurisdiksiya məhkəməsinin qarşısında keçirilən etiraz aksiyasında bəyan edib.
Onun sözlərinə görə, hüquq müdafiəçilərinə bu işlə bağlı tələsik danışmağa belə icazə verilmir, səssiz qalmaları əmr olunub.

"Özünü Konstitusiya məhkəməsinin sədri elan edən Vahe Qriqoryan çox istədiyi kresloya çatmaq yolunda hər şeyə hazırdır. Hətta hər kəsi yalan ittihamlarla həbs etməyə də. Arsen Babayanın tutulması Konstitusiya Məhkəməsinin hakimiyyətin boğazına yapışan bir sümük olduğunu göstərdi. Onun həbsi siyasi sahədə gedən proseslərin dərinliyini nümayiş etdirir”, - deyə Narek Malyan əlavə edib.

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti dünən parlament aparatı rəhbərinin sabiq müavini Arsen Babayanıı saxlayıb. O, Ermənistan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsinə əsasən cinayət əməli törətməkdə şübhəli bilinir.

Ölkənin siyasi və hüquqi dairələrində Babayanın həbsi ciddi reaksiyalara səbəb olub. Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan öz "Facebook" səhifəsində yazıb ki, Arsen Babayanın saxlanması bir çox suallar doğurur.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan isə deyib ki, "Əgər Arsen Babayan əsassız yerə tutulubsa, bunu edənlər cavab verəcəklər".

Politoloq Aqasi Yenokyan Arsen Babayanın saxlanılmasını Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana əlavə təzyiq kimi dəyərləndirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti