“Azərbaycan ərazilərinin işğalı beynəlxalq təhlükəsizliyə ciddi hədədir” - XİN rəhbəri

 “Azərbaycan ərazilərinin işğalı beynəlxalq təhlükəsizliyə ciddi hədədir” -  XİN rəhbəri
  23 Oktyabr 2019    Oxunub:2546
Təəssüf ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi hədə olmaqda davam edir və ölkənin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə deyib.

XİN rəhbəri bildirib ki, Ermənistanla münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələnib və bir milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib.

"Münaqişənin ilk günündən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərməklə yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb".

E.Məmmədyarov Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünə davamlı dəstəyinə görə dərin təşəkkürünü bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov   Qarabağ  





Xəbər lenti