“Suriyadakı hərbi əməliyyatlar dayandırılıb” - Çavuşoğlu

 “Suriyadakı hərbi əməliyyatlar dayandırılıb” -  Çavuşoğlu
  23 Oktyabr 2019    Oxunub:1832
Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bununla belə hər şeyin bitmədiyini, ordunun lazım gələcəyi təqdirdə terrorçulara zərbə endirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, dünən Soçidə prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında altı saatlıq danışıqlar olub, ardınca isə anlaşma memorandumu qəbul edilib.

Prezidentlər Suriyanın birliyinə və ərazi bütövlüyünə, Türkiyənin milli təhlükəsizliyinin təmininə sadiq qaldıqlarını, Adan sazişini dəstəklədiklərini bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti