Rusiya Ermənistana nota verəcək

Rusiya Ermənistana nota verəcək
  24 Oktyabr 2019    Oxunub:7884
Rusiya ORSIS şirkətinin (“Promtexnologiya” qrupunun üzvü) iştirak etdiyi silah tenderinin pozulması ilə bağlı Ermənistana nota təqdim edəcək.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskva Ermənistanın müdafiə naziri David Tonoyana silah tenderinin uğursuz olması ilə əlaqədar məsələni həll etməyi tapşıracaq.
Məlumata görə, nota artıq Xarici İşlər Nazirliyinə daxil olub və yaxın zamanda diplomatik kanallar vasitəsilə Ermənistan tərəfinə veriləcək.

Rusiyanın Sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev tərəfindən David Tonoyana ünvanlanan notada ORSIS-in tenderdə iştirak üçün müraciətinin səbəbsiz olaraq rədd edildiyi və şirkətin özünün isə Ermənistan silahlı qüvvələrinin "etibarsız təchizatçılar" siyahısına daxil edildiyi bildirilir.

Sənəddən məlum olur ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib. Lakin qanunla şirkət tenderdə qalib gələrsə və müqaviləni imzalamaqdan imtina edərsə, belə kompensasiya ödəməli idi.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin bir neçə milyon dollar dəyərində silah tədarükü üçün elan etdiyi tenderin uğursuz olmasından sonra faktla bağlı bu ölkədə cinayət işi açılıb, araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ermənistan   Rusiya   Nota  





Xəbər lenti