“Yeni və təhlükəli mərhələyə qədəm qoymuşuq” - Erməni ekspert

 “Yeni və təhlükəli mərhələyə qədəm qoymuşuq” -  Erməni ekspert
  24 Oktyabr 2019    Oxunub:2015
Ermənistan parlamentinin aparat rəhbərinin sabiq müavini Arsen Babayana qarşı başladılan proses siyasi motivlidir.
Azvision.az xəər verir ki, bunu "tert.am"a “Parlamentarizmin İnkişafı” Beynəlxalq Mərkəzinin icraçı direktoru, konstitusiya hüququ üzrə ekspert Qoar Meloyan Babayana qarşı irəli sürülən ittihamlardan danışarkən deyib.

Erməni ekspertin sözlərinə görə, Cinayət Məcəlləsinin 314-cü maddəsi əsasında işə başlanmamalı idi, çünki Arsen Babayanın bu əməli törətdiyi sübut olunsa belə, yenə də cəzalandırılmayacaq.

Cinayət işinin niyə açıldığına gəlincə, Meloyan deyib ki, bu, siyasi prosesin bir hissəsidir: “Aydın məsələdir ki, Konstitusiya Məhkəməsi ətrafındakı bir sıra mərhələlər növbə ilə tükəndi, biz hüquq mühafizə orqanlarının əməkdaşlarının cəlb olunduğu yeni və ən təhlükəli bir mərhələyə qədəm qoymuşuq. Əsassız cinayət işinin açıldığı vəziyyətə gəldik və bu cür səhlənkarlıqla bir nəfər həbs olundu. Deyə bilərik ki, bu gün Arsen Babayan siyasi məhbus statusunu alır".

Meloyanın sözlərinə görə, A.Babayana qarşı siyasi təqiblər aparılır: “Biz Babayanın vəziyyətində siyasi təqiblərin şahidiyik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Babayan  





Xəbər lenti