Ermənilər Davudoğlunu etirazlarla qarşıladı- CANLI YAYIM
Yerevandakı Respublika sarayının qarşısına toplaşan ermənilər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin 29-cu sessiyasında iştirak üçün gələn Türkiyə xarici işlər naziri Əhməd Davudoğluya qarşı etiraz şüarları səsləndiriblər.
Aksiya “NikolAğabalyan” tələbə ittifaqı və Sosial-demokrat Partiyasının tələbə qanadı “Qnaçyan” və ”İrs” təşkilatları tərəfindən təşkil olunub.
Əllərində üzərində ”Ön şərtlərə yox” , “Mühakimə, tanıma, kompensasiya” yazılan plakatlar tutan mitinq iştirakçıları vətənpərvər mahnılar ifa edirlər.
Qeyd edək ki, bu gün Yerevanda “Ermənistan Mariot” otelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin 29-cu sessiyası keçirilir. Sessiya çərçivəsində Ermənistanın təşkilata yarım illik sədrliyinin nəticələri müzakirə ediləcək.
Səbinə Həsənova
AzVisin.az