Tramp Ərdoğanı təriflədi: “Gözəl işlər görür”

  24 Oktyabr 2019    Oxunub : 1948
Tramp Ərdoğanı təriflədi: “Gözəl işlər görür”
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılması üçün göstəriş verib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ lideri keçirdiyi mətbuat konfransında bildirib. Türkiyə prezidenti ilə yaxşı münasibətlərinin olduğunu vurğulayan Tramp deyib ki, Rəcəb Tayyib Ərdoğan ölkəsini sevən və gözəl işlər görən şəxsdir: "Biz yaxın zamanda bir araya gəlməliyik".

Tramp maliyyə naziri Steven Mnuçinə Türkiyəyə qoyulan bütün sanksiyaların aradan qaldırılması barədə təlimat verdiyini əlavə edib.

Qeyd edək ki, Türkiyə ordusunun Suriyanın şimalında “Sülh pınarı” əməliyyatına başlaması ilə əlaqədar ABŞ oktyabrın 14-də bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Daha sonra ABŞ, ardınca Rusiya ilə əldə edilmiş razılaşma əsasında əməliyyatlar müvəqqəti dayandırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Tramp