Bakıda üç ölkənin ortaq telekanalının yaradılması müzakirə olundu

  24 Oktyabr 2019    Oxunub : 2743
Bakıda üç ölkənin ortaq telekanalının yaradılması müzakirə olundu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Malayziyanın XİN rəhbəri Dato Saifuddin bin Abdullahla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün “Tvitter” səhifəsində yazıb. Nazirlərin görüşü Qoşulmama Hərəkatının sammiti çərçivəsində baş tutub.

XİN rəhbərləri Türkiyə-Malayziya-Pakistan ortaq televiziya kanalının yaradılması daxil olmaqla, bir sıra əməkdaşlıq layihələrini müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çavuşoğlu   Türkiyə   XİN