Ermənistan “Doing Business”də 6 pillə geriləyib

  25 Oktyabr 2019    Oxunub : 869
Ermənistan “Doing Business”də 6 pillə geriləyib
Ermənistan Dünya Bankının “Doing Business 2020” hesabatında 6 pillə geriləyib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.

Qeyd olunub ki, ötən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb. Dünya Bankının İrəvan ofisinin rəhbəri Silvi Boustro keçən il bu ölkənin hesabatda irəliləməsini əmlak alqı-satqısı prosedurunun sadələşdirilməsi, vergi sistemində dəyişikliklərlə izah etmişdi. Ermənistanın builki anti-rekordunun səbəbi hələ bu ofis tərəfindən açıqlanmayıb.

Azvision.az

Teqlər: Ermənistan   Hesabat