Paşinyanın deputatlarına xəbərdarlıq edildi

 Paşinyanın deputatlarına xəbərdarlıq edildi
  25 Oktyabr 2019    Oxunub:1536
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım" parlament fraksiyası deputatlarının “Vətəndaş razılaşması” partiyasının mərkəzi ofisində qapalı iclas keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd” nəşri yazıb. Nəşrin məlumatına görə, iclasda nizam-intizam məsələləri müzakirə olunub.

"Söhbət ondan gedir ki, son vaxtlar "Mənim addımım" fraksiyasının 88 deputatından yalnız 25-30 nəfəri parlamentin iclaslarında iştirak edir. Buna görə də deputatlara ciddi irad tutulub və xəbərdarlıqlar edilib", - deyə "Joxovurd" yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti