Tovmasyan susmadı və Paşinyanın cavabını verdi
Tovmasyan vurğulayıb ki, Konstitusiya Məhkəməsinin bir vəzifəsi var - ölkədə konstitusiyadan irəli gələn məsələləri təmin etmək: "Mənə deyirlər ki, döyüş, amma bu mübarizəni başa düşmürəm. Mən işə gedirəm, vəzifəmi yerinə yetirib, evimə qayıdıram. Əgər bunu mübarizə adlandırırıqsa, onda bu, sövdələşməyə getməmək, müstəqil məhkəmə sistemi və layiqli həyat uğrunda mübarizədir. Hrayr Tovmasyan bu mübarizəni aparacaq. Bölgəmizdə bu gün hansı proseslərin baş verməsinə diqqət edin. Sizi əmin edirəm ki, bu gün daha vacib problemləri həll etməliyik: ictimai dəyərlərin yüksəlməsi, cəmiyyətin birləşməsi. Qarşımızda ciddi xarici siyasət problemləri dayanır, onları bir kənara qoyub, Hrayr Tovmasyanın şəxsiyyətinə diqqət ayırırıq”.
Xatırladaq ki, oktyabrın 14-də Konstitusiya məhkəməsi Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı parlamentin müraciətini rədd edib. Ermənistan Xüsusi İstintaq Xidməti isə müstəqil millət vəkili Arman Babacanyanın müraciəti əsasında bir qrup şəxsin hakimiyyəti qəsb etməyə cəhd göstərməsi ilə bağlı cinayət işi açıldığını bəyan edib.
Tovmasyana qarşı hücumlar Paşinyanın sifarişi əsasında həyata keçirilir. Hakimiyyət nümayəndələri Tovmasyanın sabiq prezident Koçaryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edirlər. Onlar bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Konstitusiya