Alman jurnalist Bakının “Alov Qüllələri”ndən yazdı

Alman jurnalist Bakının “Alov Qüllələri”ndən yazdı
  12 Dekabr 2013    Oxunub:2554
Almaniyanın “Genißenund reisen” jurnalında “Od və alov” başlıqlı məqalə dərc olunub.
Bakıya səfər edən müəllif yazısında öz təəssüratlarını oxucularla bölüşür. Paytaxta xüsusi gözəllik verən “Alov qüllələri” kompleksinin təsviri ilə başlanan məqalədə bu kompleksdə yenicə istifadəyə verilən “Fairmont Baku” oteli haqqında ətraflı söhbət açılıb.

Otelin həm dizayn, həm də texniki cəhətdən ən yüksək səviyyədə tikildiyi qeyd olunan məqalədə müəllif onun texniki məqamlarını açıqlayır: hotel binasının fasadı 70 min kvadratmetr sahədə şüşə ilə örtülmüş, inşası zamanı 1500 ton metal və 235 min kubmetr beton sərf edilib.

Təəssürat dolu dizaynı ilə diqqət çəkən otelin 36 mərtəbədən ibarət olduğu vurğulanaraq, otaqlarının sahəsi ən azı 50 kvadratmetr təşkil edən 318 lüks nömrənin, mərmərlə işlənmiş vanna otaqlarının xüsusi memarlıq üslubu qeyd olunub.

Bildirilib ki, gecə şəhər gəzintisinə çıxanlar Bakının istənilən yerindən kompleksin işıq şousunu müşahidə edə bilərlər. Lazer effekti ilə yaradılan bu şou olduqca maraqlıdır.

Müəllif bildirir ki, otelin yerləşdiyi “Alov qüllələri” adlı binalar kompleksi ölkənin “Odlar diyarı” kimi izah edilən adına müvafiq olaraq ucaldılmışdır. Bakı şəhərinin simvoluna çevrilən bu tikili artıq təyyarədən qonaqların diqqətini cəlb edir.

Vurğulanır ki, “Alov qüllələri” UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş tarixi İçərişəhərin panoramını tamamlayır.(AzərTAc)



Teqlər:





Xəbər lenti