Lavrov Ermənistana gedir

Lavrov Ermənistana gedir
  25 Oktyabr 2019    Oxunub:1776
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.
Azvision.az “Kommersant”a istinadən xəbər verir ki, səfər 10-11 noyabr tarixində baş tutacaq. Səfər çərçivəsində rusiyalı mütəxəssislərin Pentaqonun pulu ilə yaradılan Ermənistandakı biolaboratoriyalara girməsini təmin edən memorandum imzalanacaq.

Nəşr qeyd edir ki, rəsmi Moskva ABŞ-ı Rusiya sərhədlərindəki "hərbi biotibbi fəaliyyəti"nə görə dəfələrlə tənqid edib və qonşu ölkələrdəki laboratoriyaların fəaliyyətinin ona açıq olacağını vəd edib.

Qəzetə başqa bir mənbə sənədin mətninin hazır olduğunu və idarələrarası razılaşdırmadan keçdiyini təsdiqləyib. Memorandum iki ölkə arasında biotibbi sahədə əməkdaşlığı təmin etməyi nəzərdə tutub.

Bundan əlavə, Ermənistanda işləyən biolaboratoriyalara Səhiyyə Nazirliyinin və Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri baş çəkə biləcəklər.

ABŞ-ın ayırdığı vəsaitlə modernləşdirilən və bioloji tədqiqatlar aparan, virusları öyrənən laboratoriyalar Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda fəaliyyət göstərir. Moskva üçün xüsusi narahatlıq Tbilisi yaxınlığında yerləşən Richard Lugar İctimai Səhiyyə Araşdırma Mərkəzidir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Lavrov  





Xəbər lenti