Əli Əsədovla Medvedevin görüşü: “Rusiyanın dəstəyinə arxalana bilərsiniz”
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Medvedev Ə.Əsədovu Baş Nazir təyin olunması münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb.
Onun sözlərinə görə, bu, Rusiya ilə digər MDB ölkələri arasında qarşılıqlı ticarətin həcmini müqayisə edərkən ən yaxşı göstəricidir.
"Başqa bir məsələ bazanın vacibliyidir. İqtisadçı olaraq bunu çox yaxşı başa düşürsünüz. Ancaq həmkarlarımız məni əmin etdilər ki, bazamız artıq kifayət qədər yaxşıdır" - deyən Rusiyanın Baş naziri ikitərəfli gündəmdəki bütün məsələlərin müzakirəsinə hazır olduğunu bildirib.
Öz növbəsində, Əli Əsədov təbrikə görə həmkarına təşəkkür edib: "Dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. Ümid edirəm ki, bu, bizim iqtisadi, mədəni və digər bütün sahələrdə ikitərəfli əməkdaşlığımıza töhfə verəcəkdir".
Azərbaycanın Baş naziri görüşün keçirildiyi “Skolkovo” haqqında da danışıb. Onun sözlərinə görə, Rusiya innovasiya mərkəzinin miqyası və tutumu ilə təəccübləndirir: "Düşünürəm ki, ikitərəfli və çoxtərəfli əsasda burada yaradılan yenilikçi və digər imkanlardan istifadə ilə bağlı təkliflərdən gələcəkdə istifadə edəcəyik".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya Baş-Nazir Medvedev