Türkiyə-İran azad iqtisadi zonası yaradılır

Türkiyə-İran azad iqtisadi zonası yaradılır
  12 Dekabr 2013    Oxunub:1180
İki ölkə arasında azad iqtisadi zona yaradılması üzrə hazırlıq işləri artıq başlayıb.
AzVision.az Sabah qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat nazirinin müavini İbrahim Şenel bildirib.
Nazir müavini hazırda iki ölkənin azad ticarət zonası üzərində çalışdığını bildirib.

Bundan öncə isə Türkiyənin İqtisadi İnkişaf naziri Cövdət Yılmaz Türkiyə və İranın sözügedən iqtisadi layihəni həyata keçirmək istədiklərini bildirmişdi. Onun sözlərinə görə Ankara və Tehran arasında bütün sahələr üzrə yaxşı əlaqələr olsa da, iqtisadi münasibətlər inkişafda bir qədər geriləyir.

“Türkiyə və İran arasında iqtisadi münasibətlərdə potensialımızdan tam istifadə olunmur” – deyə nazir bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti