Bakıda "Pinokkionun burnunun izi ilə" göstərilib - FOTO

Bakıda "Pinokkionun burnunun izi ilə" göstərilib -  FOTO
  25 Oktyabr 2019    Oxunub:4379
İtaliya Prezidentinin himayədarlığı altında dünyada 19-cu “İtalyan Dili həftəsi” başlayıb.
Azvision.az xəbər verir ki, həftə çərçivəsində 21-27 oktyabr tarixlərində İtaliyanın Bakıdakı səfirliyi bir sıra tədbirlər təşkil edir. Builki “İtalyan Dili həftəsi”nin mövzusu "İtalyan dili səhnədə" adlanır.

Oktyabrın 24-də İtaliyanın Bakıdakı səfirliyi Azərbaycan Dövlət Rus Dram Teatrında həftənin əsas tədbiri olan "Pinokkionun burnunun izi ilə" tamaşasını təqdim edib. "CompagniaBella" teatr şirkəti və aktrisa Paola Kontininin rəhbərliyi ilə baş tutan tamaşada Bakı şəhəri, Yasamal rayonu 158 saylı məktəbin şagirdləri iştirak ediblər.

Tədbirdə İtaliyanın Bakıdakı səfiri Augusto Massari, təhsil nazirinin müavini, xanım Məhəbbət Vəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər qonaqlar iştirak ediblər.

Səfir çıxışında hər il keçirlən bu tədbirin əhəmiyyətindn danışıb. Bildirib ki, “İtalyan Dili həftəsi”nə azərbaycanda da maraq getdikcəç artmaqdaıdr. Bu tədbirlər ilə İtalyan mədəniyyəti, ənənələri, mətbəxi ətraflı təqdim olunur. Eyni zamanda bu, iki ölkənin mədəni əlaqələrinin inkişafına öz töhfəsini verir.

Daha sonra tamaşa nümayiş olunub. İştirakçlar tamaşanı böyük maraqla qarşılanıb.







Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti