Putin Federal Məclisə müraciət etdi

Putin Federal Məclisə müraciət etdi
  12 Dekabr 2013    Oxunub:1097
O, müraciətində Rusiyanın XXI əsrdəki ən əsas hədəfini açıqlayıb
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Vladimir Putin Federal Məclisə müraciət edib. O, müraciətində Rusiyanın XXI əsrdəki ən əsas hədəfini açıqlayıb. “Sibirin və Uzaq Şərqin dirçəldilməsi XXI əsrdə Rusiyanın əsas milli prioriteti olmalıdır. Dövlət və özəl biznes resursları inkişafa, strateji məqsədlərə çatmaqda istifadə olunmalıdır”- Putin deyib. Onun sözlərinə görə, həll olunmalı tapşırıqların öz miqyasına görə bu vaxta qədər görünməmiş səviyyə çatıb.

Dövlət başçısı Sibir və Uzaq Şərqdə iqtisadi inkişafı qabaqlayacaq xüsusi ərazi şəbəkəsinin yaradılmasını təklif edib. Bu layihə çərçivəsində 5 illik vergi tətilinin, yəni gəlir vergisinin, faydalı qazıntıların çıxarılması, sığorta faizlərinin güzəştli şərtlərlə verilməsi və s. nəzərdə tutulub.

Xatırladaq ki, hər il Rusiya prezidenti Federal Məclisə müraciət edir. Bu müraciət yaxın illərdə ölkə siyasətinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirən mühüm hadisə hesab olunur.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti