Avropa Rusiya məmurlarına sanksiya qoyacaq

Avropa Rusiya məmurlarına sanksiya qoyacaq
  12 Dekabr 2013    Oxunub:1402
Avropa Parlamenti bəzi Rusiya məmurlarının Avropa İttifaqına səfərləri qadağan edən qətnamə qəbul edib. Bu barədə Hermitage Capital fondunun məlumatında bildirilib.
Qətnamə Avropa parlamentariləri tərəfindən səs çoxluğu ilə qəbul edilib. Sənədə əsasən, Hermitage Capital-ın auditoru Serqey Maqnitskinin qətli ilə əlaqədar olan rus məmurlarına qarşı “ Avropa İttifaqı ərazisində ünvanlı sanksiyalar tətbiq olunacaq”.

Fondun baş direktoru Uliyam Brauderin sözlərinə görə, Avropa Şurası deputatların istəyini qəbul edərsə, Avropanın “Maqnitski Siyahısı” artıq gələn il açıqlanacaq.

Rusiya tərəfi bu siyahının ortaya çıxmasını Ukraynanın Avropa İttifaqı ilə Assosiativ Saziş imzalamasına mane olduğu üçün Rusiyaya cəza kimi qiymətləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti