Mariya Butina Rusiyaya qayıdıb

  26 Oktyabr 2019    Oxunub : 715
Mariya Butina Rusiyaya qayıdıb
ABŞ-da həbsdən azad olunan Rusiya vətəndaşı Mariya Butina ölkəsinə qayıdıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Butina hava limanında onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Marya Butina 2018-ci ilin iyul ayında Rusiya agenti kimi ABŞ-da həbs edilib. O, "hökumətdə müvafiq qeydiyyatı olmadan xarici dövlətin agenti işləmək üçün danışığa getməkdə" şübhəli bilinib və 18 ay müddətinə azadlıqdan məhrum edilib.

Butinanın vəkili Robert Driskoll 31 yaşlı müştərisinin "yaxşı davranışa" görə vaxtından bir qədər tez azadlığa çıxdığını deyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   ABŞ   Agent   Həbs