Nalbandyan Türkiyənin “Qarabağ təklifini” qəbul etmədi
AzVision.az-ın verdiyi məlumata görə, bunu Qara Dəniz İqtisadi ƏMəkdaşlıq Təşkilatında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
“Son günlərdə türk mətbuatında Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin həll olunarsa açıla bilər” sualına E.Nalbandyan cavab olaraq bildirib ki, rəsmi İrəvanın bu məsələdə mövqeyi qətidir və iki ölkə arasındakı münasibətlər heç bir şərt qoyulmadan bərpa olunmalıdır:
“Bunu başqa məsələlərlə bağlamaq mənasız və məntiqsizdir”-deyə, erməni nazir əlavə edib.
Sevinc İltifatqızı