1 saniyəlik xoşbəxtlik- VİDEO

1 saniyəlik xoşbəxtlik- VİDEO
  12 Dekabr 2013    Oxunub:1566
Fransada ictimai təşkilatlar xərçəngə qarşı yeni aksiyaya başlayıb.
Yeni aksiya "Kaş ki, bircə saniyə" adı altında keçirilir. Aksiya çərçivəsində Fransanın Leo Burnett agentliyi və Mimi Foundation ictimai təşkilatı 20 xərçəng xəstəsini studiyaya dəvət edib.

Xəstələrdən gözlərini bağlamağı xahiş ediblər və stilistlər və vizajistlər onları gözübağlı halda makiyaj edib , kimya terapiyası səbəbindən saçları tökülənlərə yeni saç taxıblar. Daha sonra güzgünün qarşısına keçən xərçəng xəstələrinin gözlərini açan anda yaşadıqları təəccüb dolu xoşbəxt anları güzgünün arxasında əyləşən fotoqraflar lentə alıblar.

Hazırlanan video-çarx xərçənglə mübarizə fonduna göndəriləcək.

Səbinə Həsənova




Teqlər:  





Xəbər lenti