Ruslar kürdləri Suriya-Türkiyə sərhədindən çıxarır

Ruslar kürdləri Suriya-Türkiyə sərhədindən çıxarır
  28 Oktyabr 2019    Oxunub:1988
Rusiya hərbi polisi kürd yaraqlılarının Suriya-Türkiyə sərhədindən 30 kilometr geri çəkilməsinə kömək edir.
Azvision.az xəbər verir ki, bu barədə Suriyadakı Mərkəzi Hərbi Dairənin rəisi, general-mayor Sergey Romanenkonun açıqlamasında bildirilib.

Rusiya ilə Türkiyə arasında Soçidə əldə edilmiş razılaşmaya toxunan general deyib ki, rusiyalı hərbçilər bu il oktyabrın 29-u saat 18:00-a qədər kürd döyüşçülərin və silah-sursatlarının Suriya-Türkiyə sərhədindən 30 kilometr kənara çıxarılmasına kömək etməlidir. Bundan sonra, "Barış pınarı " əməliyyat bölgəsində Rusiya-Türkiyə ortaq patrul xidməti həyata keçiriləcək.

General əlavə edib ki, kürd yaraqlıları silah-sursatlarla bərabər Menbic və Tal- Rifatdan da geri çəkilməlidir: "Bu tədbirlərin həyata keçirilməsi Suriya-Türkiyə sərhədində vəziyyətin sabitləşməsinə xidmət edəcək".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Suriya   Rusiya   Türkiyə  





Xəbər lenti