İŞİD-in yeni lideri məlum oldu

 İŞİD-in yeni lideri məlum oldu
  28 Oktyabr 2019    Oxunub:2247
İŞİD terror qruplaşması özünə yeni lider seçdiyini bəyan edib.

Azvision.az "Newsweek" ə istinadən xəbər verir ki, terror təşkilatının yeni lideri Abdullah əl-Afari ləqəbli Abdullah Qardaşdır. O, öldürüldüyü deyilən İŞİD-in əvvəlki lideri Əbubəkr əl-Bağdadinin yaxın adamıdır.
Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib vilayətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında İŞİD liderinin xüsusi əməliyyat nəticəsində məhv edildiyini təsdiqləyib. Trampın sözlərinə görə, Bağdadi bir həftə boyunda izlənilib və onun yeri müəyyən edilib. O bildirib ki, əməliyat zamanı Türkiyə, Rusiya, Suriya və İraqla məlumat mübadiləsi aparılıb.

Əməliyyatın detallarına gəlincə, Tramp qeyd edib: “Bağdadi qaçaraq tunelə girib. O, yol boyu ağlayırdı. Təqib olduğunu görən Bağdadi üzərindəki partlayıcı quruğunu işə salaraq özünü partladıb. DNK nəticələri ölən şəxsin Bağdadi olduğunu təsdiqləyir”.

Trampın dediyinə görə, İŞİD rəhbəri tunelə qaçarkən 3 azyaşlı uşağını da özü ilə aparıb. Nəticədə onlar da ölüblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İŞİD   Terror  





Xəbər lenti