Rusiyada 8 hərbçini öldürən əsgərlə bağlı qərar verilib

  28 Oktyabr 2019    Oxunub : 1050
Rusiyada 8 hərbçini öldürən əsgərlə bağlı qərar verilib
Çita hərbi məhkəməsi Zabaykal diyarı ərazisindəki hərbi hissədə 8 xidmət yoldaşını öldürən əsgər Ramil Şamsutdinovla bağlı həbs qərarı çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib. Bildirilib ki, məhkəmə istintaqın tələb etdiyi müddətdə Şamsutdinov barəsində həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Şamsutdinov oktyabrın 25-də axşam saatlarında hərbi hissənin əsgərlərinə atəş açıb, nəticədə iki zabit və altı əsgər ölüb, güllə yarası alan daha iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Əsgər   Hərbçi