Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib

Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib
  28 Oktyabr 2019    Oxunub:1311
Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Nikolsun Azərbaycana səfəri başlayıb.
Azvision.az Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ildə ticarət elçisinin ölkəmizə ikinci bir həftəlik səfəridir.

O, Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən və Azərbaycandakı Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilən və iki ölkə arasında gözəl səviyyədə olan mədəni və təhsil əlaqələrini əks etdirən bir sıra açılış mərasimlərində iştirak edəcək.

Ticarət elçisi, Azərbaycanın yüksək vəzifəli şəxsləri və Britaniya biznes qrupunun üzvləri ilə görüşlərlə yanaşı, cəmiyyətin qabaqcıl xanım liderləri ilə də görüşəcək, qadınların səlahiyyətləri, məişət zorakılığı və digər gender və uşaqların qorunması mövzularında danışacaqdır.

"Böyük Britaniya ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlər təkcə ticarət və enerji sahələrini əhatə etmir. 2019-cu ildə Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam və işgüzar sahədə, eyni zamanda mədəniyyət, təhsil, ətraf mühit və səhiyyə sahələrində də Böyük Britaniya ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirəm. Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün söhbətlərimizi səbirsizliklə gözləyirəm”, - deyə Baronessa bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Ticarət-Elçisi  





Xəbər lenti