Vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçirilib
Müsabiqədə iştirakla bağlı 1456 vətəndaş müraciət edib, onlardan 1369 nəfəri vakant vəzifələrin tələblərinə uyğun olduğu üçün müsabiqədə iştiraka buraxılıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə vergi və digər sahələri əhatə edən ədəbiyyat siyahısı nazirliyin www.taxes.gov.az rəsmi internet saytına yerləşdirilib.
İmtahanda namizədlərə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Ümumilikdə 3 sааt dаvаm edən imtаhаn nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən 96 nаmizəd növbəti mərhələyə – müsahibəyə buraxılıb. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Vergilər Nazirliyinin internet saytı vasitəsilə ictimaiyyətə elan edilib.
Geniş potensiala malik gənclərin vergi xidmətinə işə cəlb edilməsi məqsədilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır. Bu imtahanlar vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. Kadr ehtiyatı bazasına daxil edilmiş şəxslər mövcud vakansiyalar üzrə vergi orqanlarına işə qəbul olunmaq üçün təkmilləşdirilir və yüksək hazırlıq səviyyəsinə uyğunlaşdırılır.
Azvision.az
Teqlər: Vergilər-Nazirliyi İmtahan