`Bütöv Azərbaycan Ermənistan torpağıdır`- ŞOK İddia
Assambleya sədri həm də Əhməd Davudoğlunun “erməni soyqırımının” 100 illiyi ərəfəsində Yerevana səfərini Türkiyənin diplomatik “hiyləgərliyi” adlandırıb.
“Bununla Türkiyə türk-erməni münasibətlərinin yaxşılaşması təəssüratını yaratmaq istəyir ki, “soyqırımın” 100 illiyində erməni diasporu tərəfindən gələn “sunami” təhlükəsini neytrallaşdırsın”.
Ayvazyan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi rolunun qəbuledilməz olduğunu bildirib. Ayvazyan həddini aşaraq bütövlükdə Azərbaycan Respublikası ərazisinin Ermənistana aid olduğunu iddia edib: Türkiyənin 1918-ci ildə Cənubi Qafqaza qanunsuz hərbi müdaxiləsi nəticəsində erməni torpaqlarının şərq hissəsində Azərbaycan Respublikasını yarandı. 90-cı illərdə isə Qars razılaşmasını pozaraq Ermənistanla sərhədləri bağladı.
Xatırladaq ki. Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Təşkilatı ölkələrinin Xarici İşlər Naziri Şurasının 29-cu sessiyasında iştirak etmək üçün Yerevanda səfərdədir.