Bağdadini həyat yoldaşlarından biri ələ verib

Bağdadini həyat yoldaşlarından biri ələ verib
  28 Oktyabr 2019    Oxunub:2597
İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yeri həyat yoldaşlarından birinin sorğu-sual edilməsi nəticəsində müəyyən edilib.

Azvision.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Məlumata görə, Amerika xüsusi xidmət orqanları Bağdadinin təxmini yerini müəyyənləşdirə biliblər.
Əldə olunan informasiyalar Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyinə İraq və kürd kəşfiyyatı ilə birlikdə onun yerini daha dəqiq müəyyənləşdirməyə və bölgəyə onun hərəkətlərini izləmək üçün adamlar göndərməyə imkan verib.

Qeyd edək ki, əl-Bağdadinin öldürülməsi xəbərini ABŞ prezidenti Donald Tramp elan edib. Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında İŞİD liderinin Suriyanın İdlib vilayətində xüsusi əməliyyat nəticəsində məhv edildiyini təsdiqləyib.

Pərvanə Sultanov
Azvision.az


Teqlər: İŞİD   Bağdadi   ABŞ  





Xəbər lenti