Mnatsakanyan Məmmədyarovla görüşəcəyini təsdiqlədi

 Mnatsakanyan Məmmədyarovla görüşəcəyini təsdiqlədi
  28 Oktyabr 2019    Oxunub:1900
Ermənistan və Azərbaycan liderləri səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş hələ planlaşdırılmır, lakin xarici işlər nazirlərinin görüşlərinin davam etdirilməsi nəzərdə tutulub.
Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

“XİN rəhbərləri səviyyəsində növbəti görüş yaxın aylarda olacaq. Görüşün gündəliyi münaqişənin sülh yolu ilə həllini, konkret addımların və razılaşmaların həyata keçirilməsini əhatə edir. Ümid edirəm ki, yaxın gələcəkdə razılaşmaların icrasına yönəlmiş addımlar ata biləcəyik", - Mnatsakanyan bildirib.

O, Azərbaycan və Ermənistan liderlərinin Aşqabaddakı söhbətinin faydalı olduğunu vurğulayıb. Həmçinin, Mnatsakanyan tərəflərin konkret bir sənədin üzərində işləmədiyini əlavə edib: “Lakin bu, tərəflərin öhdəliklərinin mütənasibliyinin müəyyənləşdirilməsinə aparan prinsip və yanaşmalar üzərində işləməməsi demək deyil”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   XİN  





Xəbər lenti