İran yeni pilotsuz təyyarəsini təqdim edəcək

İran yeni pilotsuz təyyarəsini təqdim edəcək
  12 Dekabr 2013    Oxunub:1308
ABŞ-a məxsus “RQ170” pilotsuz təyyarənin eynisi hazırlanır
İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı ölkədə “RQ170” pilotsuz təyyarəsinin istehsalına start veriləcəyini bəyan edib.

AzVision.az-ın “İsna” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Məhəmmədəli Cəfəri ölkə şəhidləri ilə bağlı keçirilən qurultayda deyib. O, İranda ABŞ-a məxsus “RQ170” pilotsuz təyyarəsinin yerə endirilməsinə işarə edərək, bildirib ki, bu təyyarənin yeni nüsxələrinin istehsalına başlanacaq.

General-Mayor Məhəmmədəli Nəcəfi deyib: “Ölkənin raket patensialı çox güclüdür. Ölkədəki uzaqmənzilli raketlərin saxlanılması və atış metodları tam fərqlidir. Düşmənin İranda bu raketlərin harada saxlanılması ilə bağlı məlumatları dəqiq deyil. Biz bu raketləri ölkənin hər yerindən ata bilərik. Düşmən minlərlə bomba atsa belə bu raketləri zərəsizləşdirə bilməz. Bu gün düşmən bizimlə müzakirəyə getmək məcburiyyətindədirsə bizim hərbi potensialımıza görədir”.

Qeyd edək ki, bir neçə gün öncə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif İranın gücünün hərbi deyil, xalqın dəstək verməsində olduğunu demişdi və bildirmişdi ki, düşmən istəsə bir bomba ilə bizim bütün müdafiə sistemimizi sıradan çıxara bilər. İran XİN rəhbərinin bu sözləri ölkədə bir çoxlarının narahatlığına səbəb olmuşdu.


Teqlər:





Xəbər lenti