Türkiyə ilə Rusiya arasında yeni “S-400” danışıqları

 Türkiyə ilə Rusiya arasında yeni “S-400” danışıqları
  29 Oktyabr 2019    Oxunub:1636
Rusiya və Türkiyə S-400 komplekslərinin Türkiyəyə tədarükünün "maliyyə zəmanəti" və "çatdırılma mexanizmləri" barədə danışıqlar aparıblar.
Azvision.az xəbər verir ki, bu barədə “İnosmi”yə “Rosoboronexport” şirkətinin baş direktoru Aleksandr Mixeev deyib.

Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev daha əvvəl bildirib ki, Soçidə Türkiyə və Rusiya liderləri arasında keçirilən son danışıqlarda S-400 komplekslərinin tədarükü ilə bağlı yeni razılaşma üçün heç bir variant nəzərdən keçirilməyib, lakin ümumiyyətlə, bu problem hər iki tərəfdən araşdırılır.

Türkiyə NATO üzvünün Rusiya silahına sahib olmasının ilk nümunəsi idi. S-400 müdafiə sistemlərinin ilk partiyası cari ilin iyun ayında Rusiyadan Türkiyəyə çatdırılıb. Bu, ABŞ-ın Türkiyəyə F-35 qırıcıları ilə təchizatını davam etdirməkdən imtinasına səbəb olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti