MAQATE-nin yeni baş direktoru məlum oldu

  29 Oktyabr 2019    Oxunub : 712
MAQATE-nin yeni baş direktoru məlum oldu
Argentinanın Vyanadakı daimi nümayəndəsi Rafael Grossi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru seçilib.
Azvision.az xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

"MAQATE-nin Direktorlar Şurasına argentinalı namizəd Qrossi seçilib”, - deyə məlumatda bildirilib.

2009-cu ildən agentliyə rəhbərlik edən Yukiya Amano cari ilin iyul ayında vəfat edib. Bundan sonra qurumun baş direktoru vəzifəsini Rumıniyanın MAQATE-dəki keçmiş nümayəndəsi Kornel Feruta icra edib.

Səsvermədə dörd namizəd iştirak edib. Final mərhələsində seçim Feruta və Qrossi arasında aparılıb. Qalib gəlmək üçün namizəd səslərin 2/3 hissəsini toplamalı idi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MAQATE   Başdirektor