Gələn ay Tramp və Çin lideri görüşəcək

Gələn ay Tramp və Çin lideri görüşəcək
  29 Oktyabr 2019    Oxunub:1647
ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin noyabrın 17-də Çilidə görüşəcəklər.
Azvision.az TASS-a istinadən xəbər verir ki, iki ölkə lideri aralıq ticarət müqaviləsi bağlamaq üçün bir araya gələcək.

Məlumata görə, Tramp və Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Santyaqoda keçiriləcək sammitindən sonra görüşəcəklər və əgər hər şey yolunda gedərsə, onlar müvəqqəti saziş imzalayacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Çin   Prezident  





Xəbər lenti